Hindistanda fırtına səbəbindən 600 minə yaxın insan təxliyə edilib


Hindistanda həyata mənfi təsir göstərən tropik "Dana" qasırğası səbəbindən ölkənin şərqində təxminən 600 min insan təxliyə edilib.



Hindistan Meteorologiya İdarəsinin (IMD) verdiyi açıqlamada Odişa ştatında və Qərbi Benqalda "Dana" tropik qasırğasının sürətinin saatda 120 kilometrə çatdığı bildirilib.

Güclü yağış və tufan ağacların kökündən qopmasına, daşqın təhlükəsinə və təxminən 600 min insanın təxliyəsinə səbəb olub.

IMD-nin su səviyyəsinin təxminən bir metr yüksəlməsi səbəbindən alçaq ərazilərin su altında qala biləcəyi barədə açıqlaması bölgədəki səlahiyyətliləri yüksək həyəcan vəziyyətinə gətirib.

Fırtına nəticəsində can və ya mal itkisi barədə hələlik məlumat verilmir.

Odişada fırtına səbəbindən dünən məktəblərdə təhsil dayandırılıb, 200-dən çox qatar və təyyarə reysi ləğv edilib. Balıqçılara dənizə çıxmamaq barədə xəbərdarlıq edilib.

Qeyd edək ki, ötən il Hindistanda fırtınalar nəticəsində 523 nəfər həyatını itirib, 2,5 milyard dollar ziyan dəyib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu