"Remal" tropik siklonu nəticəsində Hindistan və Banqladeşdə 16 nəfər həyatını itirib


İlin ilk böyük qasırğası olan “Remal” tropik siklonu Hindistan və Banqladeşi vurub. Qasırğa nəticəsində ən azı 16 nəfər həyatını itirərkən, milyonlarla insan işıqsız qalıb.



Banqladeşdə ən azı 10 nəfər həyatını itirərkən, təxminən 35 min ev dağılıb, 115 min evə isə qismən ziyan dəyib.

Hindistanda isə 6 nəfər ölüb, onlardan 4-ü elektrik cərəyanı vurub, 1200 elektrik dirəyi və 52 ağac aşıb.

Səlahiyyətlilər hər iki ölkədə təxminən 1 milyon, Banqladeşdə təxminən 800 min və Hindistanda təxminən 110 min insanın sığınacaqlara sığındığını açıqlayıb.

UNICEF-in Banqladeş nümayəndəsi Şeldon Yett bildirib ki, 8,4 milyondan çox insan, o cümlədən 3,2 milyon uşaq sağlamlıq, qidalanma, sanitariya və təhlükəsizlik baxımından risk altındadır.

Küləyin sürəti saatda 135 kilometrə çatan siklon dünən axşam saatlarında Banqladeşin cənubundakı Monqla limanı və Hindistanın Qərbi Benqal bölgəsindəki Saqar adaları ətrafından keçərək quruya çıxıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu