Hindistan və Banqladeşdə siklon nəticəsində ölənlərin sayı 55-ə yüksəlib


Hindistan və Banqladeşdə təsirli olan Remal siklonunun yaratdığı sel və torpaq sürüşməsi kimi hadisələr nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.


Hindistanın Mizoram əyalətinin rəsmiləri tropik qasırğa nəticəsində ümumilikdə 40 nəfərin öldüyünü açıqlayıb. Rəsmilər Hindistanda fırtına nəticəsində evlərin və infrastrukturun da zədələndiyini qeyd edib.

Banqladeşdə ölkəni təsir edən siklon nəticəsində həyatını itirənlərin sayının 15-ə yüksəldiyi bildirilib.

Beləliklə, iki ölkədə Remal siklon fırtınası nəticəsində həyatını itirənlərin sayı 55-ə yüksəlib.

Banqladeş sahillərində və Hindistanın şimal-şərqində təsirli olan Remal siklonu güclü yağış və güclü küləklər gətirir.

Banqladeşdə fırtına səbəbindən 800 mindən çox insan təhlükəsiz bölgələrə təxliyə edilib. Hindistanda dünən fırtına və leysan yağışların yaratdığı torpaq sürüşməsi nəticəsində çökən karxanada 15 işçinin öldüyü açıqlanıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu