Çin "Haikui" qasırğasının təsiri altında


Çin cənub-şərq sahillərinə təsir edən “Haikui” tayfunu səbəbindən güclü yağış və daşqınlarla mübarizə aparır.


Çinin Milli Meteorologiya Mərkəzi ölkənin cənubundakı Quanqdonq, Quansi, Sıçuan və Haynan əyalətlərində, həmçinin Honq Konq Xüsusi İnzibati Bölgəsində və Tayvan adasında həftəsonu güclü yağışın davam etdiyini bildirib.

Mərkəz şiddətli tufan və daşqınlara qarşı "sarı həyəcan" xəbərdarlığını təkrarlayıb. Çinin 4 mərhələli fırtına xəbərdarlığı sistemində "qırmızı" ən yüksək xəbərdarlıq səviyyəsini təmsil edir. Təcililik sırasına görə ondan sonra "narıncı", "sarı" və "mavi" gəlir.

Sürəti saatda 150 kilometri keçən “Haikui” tayfunu ilk olaraq həftənin əvvəlində Tayvanı təsirləndirib.

Tayfun səbəbindən dağlıq bölgələrdə yaşayan 4 minə yaxın insan daşqın və sürüşmə təhlükəsi səbəbindən təxliyə edilib.

Adanın şərqindəki Hualien və Taitung əyalətlərində 75 evdə elektrik enerjisi kəsilərkən, tayfunun səbəb olduğu fırtına və daşqınlarda 78 nəfər xəsarət alıb.

Həftənin ortalarından etibarən zəifləyən və materik Çin və Honq-Konqa təsir edən tayfun səbəbindən ilin ən yüksək yağıntı miqdarı bir çox bölgədə qeydə alınıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu