Böyük Britaniya Rusiyaya qarşı sanksiyaları genişləndirib
Britaniya hökuməti Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirərək, ona "Rusqazdobycha" şirkətini, 18 neft və 4 qaz tankerini əlavə edib.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, siyahının yenilənmiş variantı Krallığın Maliyyə Nazirliyinin saytında dərc olunub.
Sanksiyaya məruz qalan tankerlər arasında Rusiyanın ən iri tankerləri də var.
Gəmilərin Böyük Britaniya limanlarına daxil olması qadağan edilib. Həmçinin onların Böyük Britaniya Göndərmə Reyestrində qeydiyyatı dayandırıla bilər. Tankerlərə texniki yardımın göstərilməsi də qadağandır. Kapitanlara və pilotlara sanksiyaya məruz qalan gəmilərin saxlanması barədə əmr verilib.