Britaniya Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib


Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını yenidən genişləndirib.


AFN.az TASS-a istinadən xəbər verir ki, siyahıya daha iki şirkət və beş qaz daşıyıcısı əlavə edilib. Siyahının yenilənmiş variantı ölkənin Maliyyə Nazirliyinin saytında dərc olunub.

İdarəetmə şirkətləri "Ocean Speedstar" və "White Fox Ship Management FZCO" sanksiyaya məruz qalıb. Böyük Britaniya məhdudiyyətlərinə məruz qalan gəmilərə "Asya Energy", "Pioneer", "North Sky", "SCF La Perouse" və "Nova Energy" əlavə edilib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu