Fransada məscidlərə terror aktı planlaşdıran qruplaşmaya hökm oxunub


Fransada 2017 və 2018-ci illərdə xüsusilə məscidlərdə terror aktları planlaşdırmaqda təqsirli bilinən neo-nasist qruplaşmasının lideri Aleksandr Gilet 18 il müddətinə azadlıqdan məhrum edilib.



Milli mətbuatda yer alan xəbərlərə görə, Paris Ağır Cəza Məhkəməsi ötən il hakim qarşısına çıxarılan və terror hücumları planlaşdırmaqda günahlandırılan neo-nasist qruplaşmasının lideri Giletə verilən 18 il həbs cəzasını təsdiqləyib.

2017 və 2018-ci illərdə məscidləri və Avropa Parlamentinin (AP) binasını hədəf alan terror aktları planlaşdırmaqda ittiham olunan Gilet və onunla birlikdə olan 3 nəfər ötən il Parisdə hakim qarşısına çıxıb.

Gilet istisna olmaqla, təqsirləndirilən şəxslər 3 ildən 5 ilə qədər azadlıqdan məhrum ediliblər və təqsirləndirilən şəxslər məhkəmənin qərarından apellyasiya şikayəti verməyiblər.

İttihamnamədə sözügedən dörd ifrat sağçı ekstremist Parisdə mühacirlərin yaşadığı məhəllələri və Məhəmməd peyğəmbəri xüsusi olaraq hədəfə alıb. Onun Ömər məscidinə, Kreildəki məscidə, AP binasına və ifrat solçu “Boyun Əyməyən Fransa” (LFI) partiyasının keçmiş prezidentliyə namizədi Jan-Lyuk Melenşonun iştirak etdiyi toplantıya hücum etməyi planlaşdırdığı bildirilib.

Mənbə: AA



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu