Rusiya və Ukrayna hər biri 103 məhbusu dəyişdirib


Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi nəticəsində 103 rus əsgəri və 103 ukraynalı əsgər azad edilib.


Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ilə əsir mübadiləsinin olduğu bildirilib.

Bildirilib ki, əsir mübadiləsi nəticəsində Rusiyanın Kursk bölgəsində əsir götürülən 103 rus əsgəri azad edilib, 103 Ukrayna hərbçisi isə Ukrayna tərəfinə təhvil verilib.

Bəyanatda azadlığa buraxılan rusiyalı hərbçilərin hazırda Belarusda olduğu, onlara lazımi psixoloji dəstək və sağlamlıq xidmətinin göstərildiyi, yaxınları ilə əlaqə saxlamaq imkanı verildiyi qeyd edilib.

“Azadlığa buraxılmış bütün hərbi qulluqçular Rusiya Müdafiə Nazirliyinin tabeliyində olan tibb müəssisələrində müalicə və reabilitasiya üçün Rusiya Federasiyasına təhvil veriləcək”, - deyə məlumatda qeyd edilir.

Bundan əlavə, bəyanatda Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Rusiya hərbçilərinin mübadiləsi zamanı humanitar vasitəçilik səyləri həyata keçirdiyi bildirilir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu