Rusiya ilə Ukrayna arasında əsir mübadiləsi baş tutub
Rusiya ilə Ukrayna arasında əsirlərin mübadiləsinə dair razılaşmaya əsasən 100 əsgər dəyişdirilib.
Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Ukrayna ilə əsir mübadiləsinin aparıldığı bildirilib.
Danışıqlar prosesi nəticəsində Kiyev rəhbərliyinin nəzarətində olan torpaqlardan 100 rus əsgərinin geri alındığı bildirilən açıqlamada bu ifadələrdən istifadə edilib:
"Bunun müqabilində Ukrayna Silahlı Qüvvələrinin 100 əsgəri təhvil verilib. Rusiya əsgərləri nazirliyin tabeliyində olan səhiyyə ocaqlarında müalicə almaq üçün təyyarələrlə Moskvaya aparılacaq. Sərbəst buraxılan əsgərlərə tibbi və psixoloji dəstək göstərilir. Birləşmiş Ərəb Əmirlikləri rus əsgərlərinin azad edilməsi prosesində humanitar vasitəçilik rolunu oynayıb”.
Ukrayna prezidenti Volodimir Zelenski də sosial şəbəkədə əsir mübadiləsinə münasibət bildirib: "100 əsgərimiz evə qayıdıb. Bu günə kimi 3 min 135 ukraynalı rus əsirliyindən xilas edilib".
Rusiya ilə Ukrayna arasında sonuncu əsir mübadiləsi yanvarın 31-də baş tutub və 195 rus və 195 ukraynalı əsgər dəyişdirilib.