Ukrayna Rusiyadakı hədəflərin siyahısını ABŞ-a təhvil verib


Ukrayna hakimiyyəti ABŞ və Böyük Britaniyaya Rusiyada Qərb silahları ilə zərbələr endirmək üçün potensial hədəflərin siyahısını verib.


Bu barədə "Reuters" agentliyi adı açıqlanmayan avropalı diplomatlara istinadən xəbər verir.

Bu siyahının nə vaxt ötürüldüyü açıqlanmır. Hədəflər arasında hərbi komandanlıq və idarəetmə mərkəzləri, yanacaq və silah anbarları var. Böyük Britaniya hakimiyyətinin öz raketlərini Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı istifadə etmək üçün ABŞ-dan icazə alacağı gözlənilir. Paris isə buna təkbaşına qərar verəcək. Fransalı diplomatik mənbə nəşrə belə deyib.

"Bununla belə, bəzi Amerika rəsmiləri öz silahları ilə hücumların perspektivinə şübhə ilə yanaşırlar. Onlar qeyd edirlər ki, Ukrayna artıq Rusiya ərazisinin dərinliklərindəki hədəflərə qarşı dronlardan istifadə edir və Qərb raketləri döyüşlərin dinamikasını dəyişmək üçün çox bahalı və sayca məhduddur” - deyə "Reuters" yazır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu