Niderlanddan Ukraynaya F-16 qadağası
Niderlandın Ukraynaya təhvil verdiyi F-16 qırıcıları Rusiya Federasiyasında zərbələr endirmək üçün istifadə oluna bilər, lakin mülki hədəflərə qarşı deyil.
Bu barədə NOS telekanalına Hollandiyanın müdafiə naziri Ruben Brekelmans bildirib.
Onun sözlərinə görə, Ukrayna Niderlanddan ötürülən F-16-lardan Rusiya ərazisi üzərindən müharibə qanunlarına uyğun istifadə edə bilər. Bu, xüsusilə, zərbələrin mülki obyektlərə yönəlməməsini şərtləndirir. “Ukrayna bunu qətiyyən edə bilməz”, - deyə nazir vurğulayıb.
Onun sözlərinə görə, eyni zamanda, Ukraynanın Rusiyadakı hərbi hədəflərə hücum etmək hüququ var. Bu, Rusiya üzərindən raketlərin tutulmasına və rus qırıcılarının havaya qalxdığı aerodromlara hücumlara da aiddir.