Ukraynada indiyədək 7 minə yaxın mülki şəxs öldürülüb


Rusiya qoşunlarının Ukraynaya müdaxiləsindən bəri 7 minə yaxın dinc sakin həlak olub. Yaralıların sayı isə 11 minə çatıb.


AFN.az-ın məlumatına görə, BMT-nin insan hüquqlarına dair hesabatında belə deyilir. Dekabr ayında müşahidəçilər ən azı 165 dinc sakinin öldüyünü, 500 Ukrayna vətəndaşının yaralandığını qeyd ediblər.
BMT-nin hesabatına görə, müharibədən əziyyət çəkən bölgələrdən gələn xəbərlər gecikdiyi üçün ölənlərin sayının daha çox olduğu ehtimal edilir.
Sənəddə Ukraynanın Mariupol, İzyum, Lisiçansk, Ppasna və Severodonetsk vilayətlərində ölüm hallarının baş verdiyi göstərilir. Ölənlərin əksəriyyəti artilleriya atəşi, hava zərbələri və raket zərbələri nəticəsində həlak olub. Rusiya hakimiyyəti isə öz ordusunun mülki hədəflərə deyil, yalnız Ukraynanın hərbi məqsədlər üçün istifadə edə biləcəyi hədəflərə hücum etdiyini deyir.
Ukrayna isə rus qoşunlarının atəşə tutması nəticəsində mülki şəxslərin həlak olması və yaralanması, evlərin, mülki obyektlərin və infrastrukturun dağılmasına dair çoxlu sübutlar təqdim edir.

M.Vahidli



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu