Çində məktəb avtobusu izdihamın içinə girib: 11 nəfər ölüb


Çinin Şandun əyalətində məktəb avtobusunun izdihamın içinə girməsi nəticəsində 5-i tələbə olmaqla azı 11 nəfər ölüb, çoxlu sayda insan yaralanıb. Yaralılardan birinin vəziyyəti ağırdır.



Hadisə Taian şəhərində bir məktəbin qapısı qarşısında baş verib.

Dövlət mediası polisin hadisənin səbəbini araşdırarkən sürücünün idarəetməni itirdiyini və saxlandığını bildirib.

Hadisənin qəsdən olub-olmadığı məlum deyil.

Mənbə: BBC



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu