Hindistanda musiqi festivalında izdiham nəticəsində 4 tələbə ölüb, 60 nəfər yaralanıb


Şənbə günü Hindistanın cənubunda bir universitetdə musiqi festivalı zamanı izdiham nəticəsində azı 4 tələbə ölüb, 60 nəfər yaralanıb.



Bu barədə Press Trust of India xəbər agentliyi bildirib.

Faciə Kerala ştatındakı Koçin Elm və Texnologiya Universitetində baş verib.

Indian Express xəbər saytının məlumatına görə, yaralılardan ən azı ikisinin vəziyyəti ağırdır.

Dövlət orqanları hadisə ilə bağlı araşdırma aparır.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu