Yaponiyada "Şanşan" qasırğası nəticəsində 3 nəfər ölüb, 40 nəfər yaralanıb


Yaponiyad “Şanşan” qasırğasının törətdiyi güclü yağış və torpaq sürüşməsi nəticəsində ilkin hesablamalara görə 3 nəfər ölüb, 40 nəfər yaralanıb.


AFN.az "Kyodo News"a istinadən xəbər verir ki, Yaponiya Meteorologiya Agentliyi (JMA) rəsmiləri Şanşan qasırğasının ölkənin cənubunda təsirli olduğunu bildirib.

Səlahiyyətlilər Kaqosima, Kumamoto və Miyazaki əyalətlərində güclü yağış və külək səbəbindən ilkin məlumatlara görə 40 nəfərin yaralandığını bildiriblər.

Tayfun səbəbiylə Aiçi əyalətində baş verən sürüşmədə 3 nəfərin həyatını itirdiyi açıqlanıb və bölgə sakinlərinə baş verə biləcək təbii fəlakətlərə qarşı diqqətli olmaları barədə xəbərdarlıq edilib.

Bəzi bölgələrdə qatar xidmətlərinin və reyslərin ləğv edildiyi, bəzi yaşayış məntəqələrində elektrik enerjisinin kəsildiyi qeyd edilib.

JMA dünən Şanşan tayfunu səbəbiylə Kaqoşima bölgəsi üçün təcili xəbərdarlıq edib və tayfunun sürətinin saatda 250 kilometrə çatdığı təxmin edildiyini açıqlayıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu