İki gündə 100 min fələstinli didərgin düşüb


Qəzza zolağının mərkəzi hissəsindəki Deyr əl-Bələh bələdiyyəsi, İsrailin bölgəni boşaltma təhdidləri və bombardmanları nəticəsində son 2 gündə təxminən 100 min fələstinlinin didərgin düşdüyünü açıqlayıb.


Mövzu ilə bağlı Deyr əl-Belah bələdiyyəsi tərəfindən verilən açıqlamada, İsrailin təxliyyə və bombalama təhdidləri və 20 sığınacaq mərkəzinə edilən hücumlara görə son iki gündə 100 min fələstinlinin şəhərin şərqindən didərgin salındığını bildirilib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Humanitar Məsələlər üzrə Koordinasiya Ofisinin (OCHA) məlumatına görə, İsrail iyulun 1-dən avqustun 21-dək 16 “evakuasiya əmri” verib və avqustun 1-dən 16-a qədər təxminən 213 min fələstinli məcburi köçkün vəziyyətinə düşüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu