BMT: Son 3 həftədə Rəfahda 1 milyon fələstinli didərgin düşüb


Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım Agentliyi (UNRWA) İsrail ordusunun hədəfi olan Qəzza zolağının cənubunda yerləşən Rəfahda son 3 həftədə 1 milyon fələstinlinin didərgin düşdüyünü açıqlayıb.



UNRWA-nın X hesabından edilən yazılı açıqlamada Rəfahdakı vəziyyətlə bağlı məlumat verilib.

Açıqlamada son 3 həftədə İsrail ordusunun hücumlarından xilas olmaq istəyən 1 milyon fələstinlinin Rəfahdan Qəzzanın müxtəlif bölgələrinə köç etdiyi qeyd edilib.

Getməyə təhlükəsiz yeri olmayan bu şəxslərin davam edən hücumlardan qaçdıqları bildirilib.

Qida və su qıtlığına diqqət çəkən açıqlamada Qəzzada fələstinlilərə yardım və müdafiənin hər keçən gün təmin edilməsinin az qala qeyri-mümkün hala gəldiyi vurğulanıb.

Qeyd edək ki, UNRWA mayın 20-də verdiyi açıqlamada İsrail ordusunun hücumlarını davam etdirdiyi Rəfah şəhərini 2 həftə ərzində 810 mindən çox fələstinlinin tərk etməli olduğunu bildirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu