Çin Xarici İşlər Nazirliyi ABŞ-ın nüvə planından narahatdır


Birləşmiş Ştatlar öz silahlarını və strateji imkanlarını artırmaq üçün Çindən nüvə təhlükəsi olması nəzəriyyəsini irəli sürür.


AFN.az "Reuters"ə istinadən xəbər verir ki, bu haqda Çin Xarici İşlər Nazirliyinin Amerika lideri Co Baydenin nüvə qüvvələrinin yaradılması üzrə strateji planı təsdiqləməsi ilə bağlı şərhində bildirilib.

“Birləşmiş Ştatlar Çindən gələn nüvə təhlükəsi versiyasını təbliğ edir və satır, strateji üstünlük əldə etmək üçün bəhanələr axtarır”, - deyə Çin XİN-in açıqlamasında qeyd edilib.

Xarici İşlər Nazirliyi əlavə edib ki, ABŞ-ın özü müasir beynəlxalq arenada strateji risk mənbəyidir. Çin tərəfi Vaşinqtonu nüvə tərksilahı prinsiplərinə əməl etməyə və bu məsələ ilə bağlı öz öhdəliklərini yerinə yetirməyə çağırıb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu