KİV: ABŞ Rusiya və Çini çəkindirmək üçün nüvə arsenalını modernləşdirməlidir
ABŞ Rusiya və Çinə qarşı çıxa bilmək üçün nüvə arsenalını yeniləməlidir.
Bu fikri Amerikanın “Newsweek” jurnalı ekspertlərə istinadən yazıb.
Materialın müəllifləri Rusiya Federasiyası və Çinin hərbi baxımdan sürətli inkişafı ilə bağlı dərin narahatlıqlarını ifadə edirlər. Bu, ABŞ-ın yaşlanan nüvə silahlarını modernləşdirmək üçün kifayət qədər resurs ayırıb-saxlamaması sualını doğurur. Jurnal ABŞ-ın Strateji Araşdırmalar Mərkəzinin baş əməkdaşından sitat gətirib.“Əgər biz həqiqətən də 21-ci əsrin nüvə arsenalını qurmaq və düşmənlərimizlə rəqabət aparmaqla ciddi məşğul olmaq istəyiriksə, dünən həqiqətən vacib qərarlar qəbul etməliydik, amma bunu etmədik” deyə Beynəlxalq Araşdırmalar (CSIS) mütəxəssisi Hizer Uilyams deyir. Onun fikrincə, ABŞ-da müasir şəraitə adekvat olan nüvə arsenalının formalaşdırılması məsələsində növbəti beş il və ya daha az müddət həqiqətən həlledici olacaq.
Jurnal göstərir ki, yaxın 10 ildə Birləşmiş Ştatlar raketlərin əsas təkmilləşdirməsini həyata keçirəcək və ABŞ ordusunun 2075-ci ilə qədər döyüş qabiliyyətini təmin edəcək. Eyni zamanda, Uilyamsın fikrincə, Birləşmiş Ştatların, məsələn, ABŞ-ın arsenalına uyğun nüvə üçlüyü yaratmaq niyyətində olduğu iddia edilən Çinə münasibətdə necə hərəkət edəcəyi ilə bağlı aydın strategiyası yoxdur. “Son bir neçə ilin geosiyasi vəziyyəti ABŞ üçün nüvə qarşısının alınmasının əhəmiyyətini kəskin şəkildə artırıb” - deyə "RAND Corporation" analitik mərkəzinin baş politoloqu Karl Müller izah edir.
ABŞ Enerji Departamentinin Milli Nüvə Təhlükəsizliyi Administrasiyasının baş müdir müavini Frenk Rouz martın 13-də bildirib ki, ABŞ hökuməti dəyişən təhlükəsizlik çağırışlarına cavab vermək üçün nüvə arsenalını genişləndirməyi düşünür, lakin yekun qərar verilməyib. ABŞ Strateji Komandanlığının (STRATCOM) rəhbəri, Hərbi Hava Qüvvələri generalı Entoni Kotton fevralın 29-da Rusiyanın ən böyük və ən müxtəlif nüvə arsenalına malik olduğunu bildirib. Eyni zamanda, onun sözlərinə görə, Pekin öz nüvə arsenalını artırmağa çalışır.