Kim Çen In nüvə arsenalını genişləndirmək qərarında qətidir
Şimali Koreya nüvə arsenalını genişləndirmək qərarında qətidir.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ kəşfiyyatının KXDR-ə qarşı “qlobal təhdidlər”lə bağlı illik hesabatının məxfi olmayan variantında qeyd edilib. "Şimali Koreya prezidenti Kim Çen In nüvə arsenalını genişləndirməkdə və nüvə silahını milli təhlükəsizlik arxitekturasının mərkəzi hissəsi kimi saxlamaqda qətiyyətlidir" - deyə hesabatda bildirilir.
Sənəddə vurğulanır ki, zərurət yaranarsa Şimali Koreyanın taktiki nüvə əməliyyatlarını asanlaşdırmaqdan ötrü bəyan etdiyi hərbi modernləşdirmə məqsədlərinə yaxınlaşmaq üçün nüvə silahını sınaqdan keçirməyə hazırlaşdığı güman edilir.