ABŞ: İranın nüvə proqramını məhdudlaşdırmasını alqışlayarıq


ABŞ dövlət katibi Entoni Blinken İranın nüvə proqramını məhdudlaşdırmaq üçün istənilən addımını alqışlayacaqlarını bildirib.


Blinken Dövlət Departamentində jurnalistlərin suallarını cavablandırıb.

"Wall Street Journal"ın İranın nüvə proqramını ləngitməsi ilə bağlı xəbəri haqda sualı cavablandırarkən Blinken bu xəbəri təsdiq edə bilməyəcəyini bildirib: "Deyə bilərəm ki, İranın ABŞ-ın nüvə sazişindən çıxmasından sonra həqiqətən artan nüvə təhlükəsini azaltmaq üçün atacağı istənilən addımı alqışlayacağıq".

Hazırda İran və ABŞ arasında heç bir nüvə razılaşmasının olmadığını bildirən Blinken "Biz açıq şəkildə deyirik ki, diplomatiyaya yol açmaq üçün İranın gərginliyi azaltması lazımdır" - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu