Blinken: “İrana qarşı hərbi əməliyyatlar istisna deyil”
ABŞ hökuməti İranın nüvə silahına sahib olmasının qarşısını almaq üçün hərbi əməliyyatları istisna etmir.
Bunu ABŞ dövlət katibi Entoni Blinken deyib. Dövlət katibi bazar günü Yaxın Şərqə səfəri zamanı bildirib ki, İranla bağlı bütün variantlar nəzərdən keçirilir. Hərb variantının olub-olmadığını soruşduqda, Blinken bunu istisna etməyib. "Bütün variantlar masanın üstündədir", - o əlavə edib.
Bununla belə, Blinken üstünlük verilən yolun diplomatiyadan keçdiyini də bildirib. Dövlət katibinin sözlərinə görə, İranın beynəlxalq nüvə sazişinə qayıtmaq şansı var idi, lakin bundan imtina etdi.
Qeyd edək ki, hələ 2022-ci ilin yayında ABŞ Prezidenti Cozef Bayden də “ən son halda” İrana hücum variantını istisna etməyib.