Rusiya nüvə silahı təliminin ikinci mərhələsinə başlayıb

Rusiya Müdafiə Nazirliyi qeyri-strateji nüvə silahları təliminin ikinci mərhələsinin başladığını açıqlayıb.
Nazirlikdən verilən açıqlamada, Rusiya prezidenti Vladimir Putinin qərarı ilə qeyri-strateji nüvə qüvvələrinin təliminin ikinci mərhələsinin başladığı bildirilib. Təlim zamanı Rusiya və Belarus silahlı qüvvələrinin bölmələrinin birgə təlimi keçirilib.
Bəyanatda təlimin Rusiya-Belarus İttifaqı dövlətinin suverenliyi və ərazi bütövlüyünün qeyd-şərtsiz təmin edilməsi məqsədi ilə həyata keçirildiyi qeyd edilib, məqsədin şəxsi heyətin və texnikanın hazırlığını təmin etmək olduğu vurğulanıb.
Qeyd edək ki, mayın 21-də Rusiya Müdafiə Nazirliyi ölkənin Cənub Hərbi Dairəsində qeyri-strateji nüvə silahlarından istifadəyə dair təlimlərə başladığını açıqlayıb.