ABŞ Rusiyanın Ukrayna sərhəddində nüvə təlimləri keçirmək planını tənqid edir
ABŞ Müdafiə Nazirliyinin sözçüsü general Pat Ryder Rusiyanın Ukrayna sərhədi yaxınlığında nüvə təlimləri keçirmək planını “məsuliyyətsiz ritorika” kimi qiymətləndirib.
Rusiyanın Ukrayna yaxınlığında nüvə silahı təlimi keçirdiyini açıqladıqdan sonra mətbuata açıqlama verən Rayder, "Bu, Rusiyadan keçmişdə eşitdiyimiz məsuliyyətsiz ritorikanın bir nümunəsidir. Mövcud təhlükəsizlik vəziyyəti nəzərə alınmaqla bu, tamamilə yersizdir" - deyə açıqlama verib.
Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Fransa, İngiltərə və ABŞ-ın “təxribat və təhdidlərinə” cavab olaraq ölkədə qeyri-strateji nüvə silahlarının iştirak etdiyi hərbi təlim keçiriləcəyini açıqlayıb.