Rusiyada cavab nüvə hücumu təlimi keçirilib


Rusiyada quru, hava və dəniz elementləri ilə cavab nüvə hücumu təliminin keçirildiyi açıqlanıb.


Kremldən verilən açıqlamada Rusiya prezidenti Vladimir Putinin videokonfrans vasitəsilə izlədiyi təlimdə quru, dəniz və hava elementlərinə aid nüvə çəkindirici silahlardan istifadə edildiyi bildirilib.

Açıqlamada təlim zamanı ballistik və qanadlı raketlərin atıldığı, atışların Rusiya Milli Müdafiə Nəzarət Mərkəzi tərəfindən idarə edildiyi vurğulanıb.

Eyni zamanda təlimdə qitələrarası Yars və Sineva ballistik raketlərindən istifadə edildiyi bildirilib.

Rusiya dövlət televiziyasında yayımlanan təlim görüntülərində Putinə hesabat verərkən görünən Rusiyanın müdafiə naziri Sergey Şoyqu “Təlim düşmənin nüvə hücumuna cavab olaraq böyük nüvə hücumu həyata keçirmə tapşırıqlarının icrasını əhatə edir” - deyə qeyd edib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu