Putin nüvə bombasını ortaya çıxardı
AFN.az xəbər verir ki, təlim barədə Kreml Sarayı məlumat yayıb.
Rusiya prezidenti Vladimir Putin uzaqdan əlaqə vasitəsi ilə təlimə qatılıb. Təlim zamanı Kamçatka bölgəsindən “Yars” qitələrarası ballistik raketi buraxılıb. “Sineva” ballistik raketi Tula bölgəsində nüvə enerjisi ilə işləyən sualtı qayığın yerinə göndərilib.
Putin Rusiyada yaşayan müsəlman, xristian və yəhudi dini liderlərlə də görüşüb və İsrail - HƏMAS münaqişələrini dəyərləndirib. O, böhranın yayılmasından narahat olduğunu bildirib.
“Əsas məqsədimiz qan tökülməsini və zorakılığı dayandırmaqdır. Əks halda, ağır, təhlükəli və dağıdıcı nəticələri olan böhran təkcə Yaxın Şərqdə deyil, Yaxın Şərqin hüdudlarından kənara da yayıla bilər" - Rusiya lideri deyib.