Ankarada avtobus qəzası: 9 nəfər ölüb, xeyli yaralı var


Ankaranın Polatlı rayonunda sərnişin avtobusunun körpünün ətəyinə çırpılması nəticəsində baş verən qəzada 9 nəfər həyatını itirib. Qəza ilə bağlı araşdırmalara başlanılıb. Qəza zamanı avtobus köməkçisinin arxa oturacaqda dincəldiyi və xəsarət almadan xilas olduğu öyrənilib.



Alınan məlumata görə, İzmirdən Ağrı istiqamətində hərəkət edən və sürücüsü hələlik məlum olmayan “Öz Ağrı Seç Turizm” şirkətinə məxsus 04 AAV 951 nömrə nişanlı sərnişin avtobusu səhər saatlarında Olukpınar kəndi yaxınlığından yoldan çıxıb və körpünün dayaqlarına çırpılıb.

Hadisə yerinə gələn yanğınsöndürənlər avtobusda qalanları xilas edib. Yaralılar təcili yardım maşınları ilə ətraf xəstəxanalara çatdırılıb.

Sərnişin avtobusunun körpü dirəyinə çırpılması nəticəsində 9 nəfər ölüb, 27 nəfər yaralanıb. Onlarda 5-nin vəziyyəti isə bir qədər ağırdır.

Mənbə: Haber Global



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu