Rusiyada binada yanğın baş verib: 8 nəfər ölüb

Rusiyanın paytaxtı Moskvadan 25 kilometr şimal-şərqdə yerləşən Fryazino tədqiqat mərkəzində yanğın baş verib. Hadisə nəticəsində 8 nəfər həyatını itirib.
Yanğın “Platan” Araşdırmalar Mərkəzinin binasının 7-ci mərtəbəsində baş verib, daha sonra digər mərtəbələrə yayılıb.
Hadisə yerinə çoxlu yanğınsöndürmə briqadaları göndərilib.
Sıx tüstüdən zərər çəkənlər pəncərələrə yaxınlaşaraq kömək istəyiblər.
Rusiya Fövqəladə Hallar Nazirliyi 9 nəfərin binada qaldığını, bir nəfərin isə xilas edildiyini açıqlayıb.
Qeyd edək ki, "Platan" Araşdırma Mərkəzi elektron cihazlar istehsal edir.