Küveytdə iki binada baş verən yanğında 49 nəfər ölüb
Küveytin cənubunda Əhmədi əyalətinin Mankaf bölgəsində baş verən yanğında 49 nəfər ölüb, çoxlu sayda insan yaralanıb.
Küveyt Daxili İşlər Nazirliyi X sosial media platformasında verdiyi açıqlamada yanğın nəticəsində 49 nəfərin həyatını itirdiyini qeyd edib.
Nazirliyin Ədliyyə Dəlil Müdiri, general-mayor İyd Rəşid Uveyhanın hadisə ilə bağlı verdiyi açıqlamaya görə, yerli vaxtla saat 06:00-da Mankaf bölgəsində yanğın xəbəri alan qruplar bölgəyə göndərilib.
Uveyhan Mankaf bölgəsində iki binada baş verən yanğında mülki müdafiə və sağlamlıq qruplarının müdaxiləsi ilə 11 nəfərin xilas edildiyini, 15 yaralının isə xəstəxanaya yerləşdirildiyini açıqlayıb.
Tələfatların əksəriyyətinin tüstüyə məruz qalması nəticəsində baş verdiyini bildirən Uveyhan, yanğının səbəbinin araşdırıldığını bildirdi.
Yerli mətbuatda yer alan xəbərlərdə yanğının baş verdiyi iki binada çoxlu əcnəbi işçinin olduğu bildirilir.