Argentina Ukraynaya hərbi yardım göndərməyəcək
Argentina hökuməti Ukraynadakı münaqişəyə müdaxilə etmək və Kiyevə hərbi yardım göndərmək niyyətində deyil.
AFN.az TASS-a istinadən xəbər verir ki, bunu Cənubi Amerika respublikası prezidentinin rəsmi nümayəndəsi Manuel Adorni deyib.
“Biz heç bir hərbi yardım göstərməyəcəyik, ərazinin maddi-texniki təminatı və minalardan təmizlənməsində yardım göstərəcəyik, lakin heç bir şəkildə hərbi münaqişəyə müdaxilə etməyəcəyik" - o, mətbuat konfransında bildirib.