Argentina ilk dəfə Ukrayna üzrə təmas qrupunun iclasında iştirak edib
Argentina ilk dəfə NATO-ya üzv ölkələrin müdafiə nazirlərinin Brüsseldə keçirilən iclasında Ukraynaya hərbi yardım üzrə təmas qrupunun iclasında iştirak edib.
AFN.az bu barədə xarici mediaya istindən xəbər verir. Bununla bağlı Brüsseldə NATO müdafiə nazirlərinin görüşü çərçivəsində Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasında Pentaqon rəhbəri Lloyd Ostin danışıb. "Mən Argentinanı qrupun yeni üzvü kimi salamlamaqdan məmnunam. Argentinanın müdafiə naziri Luis Petri, sizin aramızda olmağınıza şadam", - deyə Ostin ölkəyə tədbirdə iştirak üçün təşəkkürünü çatdırıb.