Lloyd Ostin: Ukraynaya ehtiyacı olan dəstəyi göstərməyə davam edəcəyik


ABŞ-ın müdafiə naziri Lloyd Ostin ölkəsinin Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyini bəyan edib.



Ostin əksəriyyəti Avropadan olan 50-yə yaxın ölkənin daxil olduğu Ukrayna Müdafiə Əlaqələri Qrupunun 22-ci video konfransında çıxış edib.

Rusiyanın Ukraynada artan hərbi əməliyyatları səbəbiylə "Çətinlik anında görüşürük" deyən Ostin, "Ukraynaya ehtiyacı olan dəstəyi verməyə davam edəcəyik. ABŞ üzərinə düşəni etməkdə qərarlıdır" ifadələrini işlədib.

Ukraynaya təcili ehtiyac duyulan yardımın çatdırıldığını qeyd edən Ostin, "İndi Ukraynaya göndərdiyimiz təhlükəsizlik yardımı bu mübarizədə əsl fərq yaradacaq"deyib.

Ukrayna Müdafiə Əlaqələri Qrupunun 2022-ci ilin fevralından bu yana Ukraynaya 95 milyard dollardan çox hərbi yardım göstərdiyini qeyd edən Ostin, Ukraynanın təhlükəsizliyinin Avropa və qlobal təhlükəsizliyin, eləcə də ABŞ-ın təhlükəsizliyinin mərkəzində olduğunu vurğulayıb.

Qeyd edək ki, Ukraynaya verilən 95 milyard dollardan çox hərbi yardımın təxminən 50,6 milyard dollarını təkcə ABŞ öz üzərinə götürüb.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu