NATO ölkələri Kiyevə 98 milyard dollar dəyərində silah tədarük edib
NATO ölkələri 2022-ci ildən Ukraynaya 98 milyard dollar dəyərində silah tədarük edib.
AFN.az xəbər verir ki, bunu Brüsseldə NATO müdafiə nazirlərinin görüşü çərçivəsində Kiyevə hərbi yardım üzrə təmas qrupunun iclasını açan Pentaqon rəhbəri Lloyd Ostin deyib.
“Biz artıq 2022-ci ildən bəri Ukraynaya 98 milyard dollarlıq hərbi təchizat vermişik” - deyən Ostin Kiyevə hərbi yardımın həcminin artırılacağına ümid etdiyini bildirib.