Meksikada 18 il əvvəl ölən 63 şaxtaçıdan bəzilərinin qalıqları tapılıb


Meksikanın şimalında 18 il əvvəl kömür mədənində qalan 63 şaxtaçıdan bəzilərinin qalıqları tapılıb.



Meksika Daxili İşlər Nazirliyi 2006-cı ildə Koahuila ştatında mədən çökməsi qurbanlarının tapılması üçün uzun illər davam edən axtarışların nəticə verdiyini açıqlayıb. Səlahiyyətlilər bəzi mədənçilərin qalıqlarının 18 ildən sonra tapıldığını bildirib.

Mədənin çökməsi ölkə tarixində ən faciəli hadisələrdən biri kimi göstərilir.

Dövlət Prokurorluğu tapılan mədənçilərin şəxsiyyətinin müəyyən edilməsi istiqamətində işlərə başlanılacağını bildirib.

Xatırladaq ki, 2006-cı ildə Koahuiladaki Pasta de Konços mədənində çökmə baş verib və 73 mədənçidən 63-ü mədəndə qapalı qalaraq həyatını itirib.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu