ABŞ-da avtomobil yolu sürüşmə nəticəsində çöküb
ABŞ-ın Vayominq ştatında torpaq sürüşməsi nəticəsində yol çöküb.
Vayominq qubernatoru Mark Qordon hadisənin görüntüləri ilə birlikdə asfalt yolun yerləşdiyi Teton aşırımında sürüşmə nəticəsində yolun çökməsini də yayıb.
Qubernator bildirib ki, magistral yolun yenidən qurulması üçün dövlət nəqliyyat agentliyinin geoloqları və mühəndislərindən ibarət bir qrup hadisə yerindədir.
"Mən bu bağlanmanın Teton sakinlərinə, bölgədəki sərnişinlərə və yerli iqtisadiyyata təsirindən xəbərdaram və biz yerli rəsmilərlə birbaşa əlaqə saxlayırıq" - deyən yetkili yolun yenidən nə vaxt açılacağı ilə bağlı təxmin verə bilməyəcəyini bildirib.
Səlahiyyətlilər bildiriblər ki, magistralın asfalt örtüyündə əvvəllər çatlar əmələ gəlib və sonra tamamilə dağılıb.