Çində yolun çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb
Çinin cənubundakı Quandun əyalətində yüksək sürətli magistralın bir hissəsinin çökməsi nəticəsində ölənlərin sayı 24-ə çatıb.
AFN.az xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Qeyd edək ki, hadisə nəticəsində 30 nəfərin yaralandığı bildirilir.
Çərşənbə günü gecə Meizhou şəhərində meydana gələn hadisədə 18 avtomobil yoldan çıxaraq çuxura yuvarlanıb. Çin mətbuatının yaydığı görüntülərdə avtomobillərdən bəzilərinin alovlandığı görünür. Dağılan ərazinin uzunluğu təqribən 18 m, sahəsi isə təqribən 184 kvadratmetr olub.
Yerli hakimiyyət orqanları bildiriblər ki, magistral yolun çökməsinə ötən həftə Quanqdonq əyalətində yağan güclü yağış səbəb ola bilər.