Əfqanıstanda daşqınlar 50 nəfərin həyatına son qoyub
Əfqanıstanın Qor əyalətində daşqınlar nəticəsində 50 nəfər ölüb, 10 nəfər itkin düşüb.
"ArianaNews" portalının yerli rəsmilərə istinadən verdiyi məlumata görə, 2000 ev də dağılıb, 4000 binaya qismən ziyan dəyib.
Məlumatda minlərlə mal-qaranın tələf olduğu, 50-dən çox müxtəlif nəqliyyat vasitəsinə ziyan dəydiyi də bildirilib. Bundan əlavə körpülər və yüzlərlə hektar kənd təsərrüfatı sahəsi dağıdılıb. Təbii fəlakət əyalətdən Kabil və Herata gedən avtomobil yollarının bağlanmasına səbəb olub.
Faryab əyalətində də 7 nəfər daşqının qurbanı olub. Yerli hakimiyyət orqanlarının məlumatına görə, orada da daşqınlar böyük maddi ziyana səbəb olub.
Qeyd edək ki, mayın birinci yarısında Əfqanıstanın şimalında fəlakətli daşqınlar baş verib. Baş vermiş daşqınlar əyalətdə yaşayış binalarına və infrastruktura ciddi ziyan vurub, çoxlu sayda insan tələfatına səbəb olub.