İndoneziyada daşqınlar nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb
İndoneziyanın Şimali Sumatra əyalətində Toba gölü yaxınlığında baş verən daşqın nəticəsində 1 nəfər ölüb, 11 nəfər itkin düşüb.
Reuters xəbər verir ki, onlarla insan təxliyə edilib və xilasetmə işləri davam edir.
BNPB şənbə günü axşam yaydığı bəyanatda bildirib ki, cümə günü axşam saatlarında Toba gölünün sahilləri boyunca yağan leysan yağış və daşqınlar onlarla evə, kilsəyə, məktəbə və otelə ziyan vurub.
Dünyanın ən böyük vulkanik gölü olan Toba gölü indoneziyalılar və xarici qonaqlar üçün məşhur turizm məkanıdır.
Daşqınlar dağların yamaclarından iri qayaları, ağacları və palçığı aparıb, bəzi evləri damına qədər basdırıb.
Təxminən 350 nəfər ağır texnikadan istifadə etməklə axtarış-xilasetmə işləri aparır, 200-ə yaxın insan təxliyə edilib.