İndoneziyada daşqın nəticəsində 10 nəfər ölüb, 10 nəfər itkin düşüb
İndoneziyanın Sumatra adasında baş verən sel və torpaq sürüşməsi nəticəsində ilkin məlumata görə 10 nəfər həyatını itirib, 10 nəfər isə itkin düşüb.
Yerli hakimiyyət orqanlarından verilən açıqlamaya görə, ölkənin ən böyük adası olan Sumatrada daşqın və torpaq sürüşməsi baş verib.
Təbii fəlakət səbəbindən bölgədə 20 min evi su basıb, 46 min insan sığınacaqlara yerləşdirilib.
Bölgədə ilkin təsbitlərə görə 10 nəfər həyatını itirib, 10 nəfər isə itkin düşüb.
Elektrik enerjisinin kəsilməsi və yolların palçıqla örtülməsi səbəbindən axtarış-xilasetmə işlərinin dayandırıldığı bildirilib.