Əfqanıstanda daşqınlar nəticəsində 50 nəfər ölüb
Əfqanıstanın şimal və şimal-şərq bölgələrində yağan yağışlar daşqınlara səbəb olub.
Şimali Baqlan şəhərinin Təbii Fəlakət Departamentinin rəhbəri Hedayatullah Hamdard mərkəzi Kabildə yerləşən Tolo News telekanalına verdiyi açıqlamada, "Burqa, Nəhrin və Mərkəzi Bağlan bölgələrində indiyədək 50 nəfər daşqınlarda həyatını itirib" deyib.
Şimal-şərqdəki Bədəxşan şəhərinin Təbii Fəlakət Departamentinin rəhbəri Məhəmməd Əkrəm Əkbəri bildirib ki, daşqınlar Daşkan, Yavan və Taqab rayonlarında evlərə, məktəblərə və ibadət yerlərinə ziyan vurub.
Səlahiyyətlilər daşqından zərər çəkmiş ərazilərə təcili yardım işlərinə başlanıldığı barədə məlumat paylaşıblar.