Yumurta alanda diqqətli olun! - “Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır” (FOTOLAR)


“Araz Supermarket” vaxtından 2 həftə keçmiş yumurta satır.



Pravda.az-ın xəbərinə görə, bu iddia ilə sosial şəbəkə istifadəçilərindən biri çıxış edib.

“Diqqətsizlik edib istifadə tarixinə baxmadan almışdım. Vitrinin önünə rahat-rahat da yığıb satırlar. Bir-iki gün keçmiş olsa, hansısa işçini qınamaq olar ki, vitrinlərə baxmır və s. Amma 2 həftə ərzində vitrindən bu mal yığışdırılmırsa, deməli, “kimə gedər-gedər” deyib hər şeyi də satırlar”, - o qeyd edib.

İddia ilə bağlı Pravda.az “Araz supermarket” MMC—yə sorğu ünvanlayıb.










AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu