Qəzzada atəşkəs və girov razılaşması yaxınlaşır - Vitkoff

Həftənin sonuna kimi onlar anklavda saxlanılan girovların müqabilində Qəzza zolağında atəşkəslə bağlı razılıq əldə edə biləcəklər ki, bu da sonradan uzunmüddətli sülhün bərqərar olmasına gətirib çıxaracaq.
AFN.az xəbər verir ki, bunu ABŞ-ın xüsusi nümayəndəsi Stiven Vitkoff deyib.
O, Ağ Evdə kabinetin iclasında bildirib ki, hazırda dolayı danışıqlar prosesi gedir: "Ümid edirik ki, həftənin sonuna qədər 60 günlük atəşkəs gətirəcək, 10 girovun azad edilməsinə və doqquz nəfərin cəsədinin təhvil verilməsinə səbəb olacaq razılaşma əldə edəcəyik <...>. Bunun Qəzzada uzunmüddətli sülhə gətirib çıxaracağına inanırıq".
ABŞ prezidenti Donald Tramp isə İsrailin baş nazirinin danışıqlar üçün çərşənbə axşamı yenidən Ağ Evə gələcəyini bildirib. "Biz əsasən Qəzza zolağı ilə bağlı müzakirələr aparırıq", - Amerika lideri qeyd edib.