İsrail həftənin sonuna qədər Dohaya nümayəndə heyəti göndərəcək
İsrail həftənin sonuna qədər Qətərə işçi səviyyəli nümayəndə heyəti göndərəcək və İsrailin baş naziri Benyamin Netanyahu ABŞ-dan qayıdandan sonra İsrailin Qəzza razılaşmasının ikinci mərhələsi ilə bağlı mövqeyini müzakirə etmək üçün təhlükəsizlik kabinetini toplayacaq.
AFN.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İsrail Nazirlər Kabinetinin rəhbərinin ofisi məlumat yayıb.
"Netanyahu Vaşinqtonda milli təhlükəsizlik müşaviri Mayk Vals və ABŞ prezidenti Donald Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiven Vitkoff ilə görüşüb. Görüşün ardınca İsrail bu həftənin sonunda Qəzzada atəşkəs razılaşmasının icrası istiqamətində gələcək texniki detalları müzakirə etmək üçün Dohaya işçi heyəti göndərməyə hazırlaşır”, - deyə məlumatda bildirilir.
Həmçinin qeyd edilir ki, ABŞ-dan qayıdandan sonra Netanyahu danışıqların sonrakı gedişatını müəyyən edəcək Qəzza razılaşmasının ikinci mərhələsi ilə bağlı İsrailin ümumi mövqelərini müzakirə etmək üçün təhlükəsizlik kabinetinin iclasını keçirəcək.