KİV: Sallivan Qəzza razılaşması üçün İsrailə təzyiq edəcək


ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident seçkilərində qalib gələn Donald Tramp hakimiyyətə gələnə qədər bu ölkələrin hakimiyyət orqanlarına təzyiq göstərmək və Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün bu həftə İsrail, Misir və Qətərə səfər etmək niyyətindədir.


AFN.az xəbər verir ki, bu barədə "Axios" portalı mənbələrə istinadən məlumat yayıb.

Bildirilir ki, Sallivanın Yaxın Şərqə səfəri dekabrın 11-də başlayacaq və növbəti günə onun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub. Bundan sonra ABŞ prezidentinin köməkçisi Qahirə və Dohaya gedəcək, orada Misir və Qətər səlahiyyətliləri ilə bu ölkələrin Qəzza ilə bağlı danışıqlarda vasitəçilik səylərini müzakirə edəcək. Portalın mənbələrinə görə, səfər zamanı Sallivan hər üç ölkənin liderinə təzyiq etmək niyyətindədir ki, onlar anklavda tezliklə barışıq əldə etmək və radikal Fələstinin HƏMAS hərəkatı tərəfindən əsir götürülmüş girovları azad etmək üçün mümkün olan hər şeyi etsinlər.

"Axios"in İsrail rəsmiləri arasındakı mənbələrinin bildirdiyinə görə, ötən həftə yəhudi dövləti HƏMAS-a bəzi girovların azad edilməsi və Qəzzada atəşkəs haqqında razılaşmanın yeni variantını təqdim edib. Onların sözlərinə görə, Fələstin hərəkatı hazırda böyük çeviklik nümayiş etdirir və yenilənmiş sazişin icrasına başlamağa hazır olduğunu bildirir. “Son vaxtlara qədər İsrail HƏMAS-ın razılaşma istəmədiyinə inanırdı. İndi görünür, irəliləyiş var və HƏMAS öz mövqeyini dəyişmiş ola bilər”, - yüksək rütbəli İsrail rəsmisi portala bildirib.

İsrail rəhbərliyindəki mənbə hesab edir ki, Qəzzada atəşkəslə bağlı yaxın ayda razılığa gəlmək şansı var.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu