Çin ABŞ-dan Tibetlə bağlı məsələlərə qarışmamağı tələb etdi

Pekin hakimiyyəti ABŞ-dan Çin Xalq Respublikasının Tibet Muxtar Rayonu ilə bağlı məsələlərə qarışmağı dayandırmağı tələb edib.
Çin Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, nazirliyin sözçüsü Mao Nin gündəlik mətbuat konfransında ABŞ senatoru Marko Rubionun Tibet ruhani lideri Dalay Lamaya doğum günü münasibətilə təbrik göndərməsinə münasibət bildirib.
Mao vurğulayıb ki, Tibetlə bağlı məsələlər Çinin daxili işidir və Dalay Lama Tibet Muxtar Rayonunun xalqını təmsil etmək səlahiyyətinə malik deyil.
Çin rəsmisi əlavə edib ki, rəsmi Pekin ABŞ-ı Tibetlə bağlı məsələlərin əhəmiyyəti və həssaslığını başa düşməyə, bu məsələlərlə bağlı Çinə verdiyi öhdəliklərə əməl etməyə və bu mövzularda müdaxiləyə son qoymağa çağırır.