Dalay Lamadan iyrənc hərəkət - ruhani etirazlardan sonra üzr istədi
![](/uploads/posts/2023-04/1681128892_dalaylama.webp)
Tibetin ruhani lideri, 14-cü Dalay Lama Tenzin Gyatsonun kiçik uşaq üçün etdiyi hərəkət və tələb böyük əks-səda doğurub.
Dalay Lama videonun sosial şəbəkələrdə paylaşılmasından və "uyğunsuz", "iyrənc" və "qalmaqallı" hesab edilməsindən sonra üzr istəyib. Videoda əks olunanlara gəlincə, görüntülərdən aydın olur ki, ruhani lider bir oğlanı öpərək ondan dilini sormasını xahiş edib. Böyük qalmaqala səbəb olan hadisədən sonra Dalay Lamanın ofisi açıqlama verərək, Dalay Lamanın üzr istədiyini bildirib.
İnsidentlə bağlı "The Guardian" məlumat yayıb. Bildirir ki, fevral ayında Dharamşaladakı Dalay Lamanın məbədində 100-ə yaxın tələbənin qatıldığı tədbir zamanı baş verən hadisənin videosu sosial mediada paylaşıldıqdan sonra hədsiz kəskin reaksiyalara səbəb olub.
Paylaşılan videoda kişi tələbələrdən biri tədbir zamanı mikrofona yaxınlaşaraq Dalay Lamaya "Səni qucaqlaya bilərəmmi?" deyə soruşur. 87 yaşlı Dalay Lama oğlandan onun yanına gəlməsini istəyir. O, uşağın yanağına söykənərək "əvvəlcə buradan" deyib, daha sonra uşağı öpərək qucaqlayıb. Uşağı qucağına almağa davam edən Dalay Lama “Mən də buradan düşünürəm” deyib və uşağı dodaqlarından öpüb. Dalay Lama alnını uşağın alnına qoyub, dilini sormasını istəyib. Oğlan ona deyilən kimi etdikdən sonra Dalay Lama gülüb və oğlanı yenidən qucaqlayıb.
Dalay Lama uşağı son dəfə qucaqlamazdan əvvəl "hüzur və xoşbəxtlik yaradanlara hörmət edin, başqa insanları öldürənlərin arxasınca getməyin" deyib.
Video izləyicilər tərəfindən "iyrənc" olaraq qiymətləndirilib. Dalay Lama onun davranışının "məsum və oynaq" olduğunu müdafiə etdi.