İran ABŞ-ın nüvə danışıqlarını bərpa etmə təklifini araşdırır


İranın ABŞ-ın nüvə danışıqlarını yenidən başlatmaq təklifini araşdırdığı bildirilib.



Mehr xəbər agentliyinə danışan və adı açıqlanmayan iranlı diplomatik mənbə deyib ki, amerikalılar İranın nüvə potensialını dayandıra bilmədikdən sonra danışıqların davam etməsini tələb edirlər.



Mənbənin sözlərinə görə, ABŞ müxtəlif ölkələr vasitəsilə İranla danışıqları yenidən başlatmaq istədiyini Tehrana çatdırıb. O əlavə edib ki, Xarici İşlər Nazirliyi amerikalıların iddiasının zəruriliyini və doğruluğunu qiymətləndirir, sanksiyaların ləğvi, urana zənginləşdirmə limiti və zorla qəbul etdirilən müharibəyə görə təzminat məsələləri üzrə yeni danışıqlar turunun necə keçiriləcəyini araşdırır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu