"Unibank"ın rəhbəri Fərid Abuşov vəzifəsindən ayrıldı


"Unibank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov işdən çıxıb.

Bu barədə bank məlumat yayıb.

Bildirilir ki, "Unibank"ın səhmdarlarının qərarına əsasən, onun vəzifəsini müvəqqəti olaraq müavini Heybət Qədirov icra edəcək. O, 2008-ci ildən Bankda çalışır.

Xatırladaq ki, "Unibank” 2002-ci ildə Azərbaycanın iki kommersiya bankı - 1992-ci ildən fəaliyyət göstərən "Mbank" və 1994-cü ildən mövcud olan "Promtexbank"ın birləşməsi ilə yaradılıb. Onun nizamnamə kapitalı 149,386 milyon manatdır. Bankın səhmlərinin 94,08 %-i Eldar Qəribova (Müşahidə Şurasının sədri), 5,92 %-i isə digər hüquqi və fiziki şəxslərə məxsusdur.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu