"Azsığorta"nın sədri dəyişib


"Azsığorta" ASC-nin İdarə Heyətinin (İH) sədri Natiq Namazov işdən çıxıb.

"Report" bu barədə şirkətə istinadən xəbər verir.

Məlumata görə, maliyyə qurumuna rəhbərlik Yusif Soltanovu həvalə olunub.

O, 2015-ci ildən "Azsığorta"da çalışır, 2018-ci ildən isə şirkətin İH-nin sədr müavini təyin edilib.

Xatırladaq ki, "Azsığorta" 2006-cı ildə yaradılıb. Onun nizamnamə kapitalı 20,3 milyon manatdır. Şirkətin səhmləri 100 % Hikmət Abuzər oğlu İsmayılova (“AFB Bank” ASC-nin 99,64%-lik, "Bank of Baku" ASC-nin isə 31,11%-lik səhmdarı) məxsusdur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu