Kaliforniyada baş verən yanğınlar təxminən 34 min hektar əraziyə yayılıb


ABŞ-ın Kaliforniya ştatının San Luis Obispo və Riversayd da daxil olmaqla bir neçə bölgəsində baş verən yanğınlar təxminən 34 min hektarlıq ərazini əhatə edib.



Kaliforniya Meşə və Yanğınlardan Mühafizə Departamentinin (Cal Fire) rəsmi internet səhifəsindəki məlumata görə, San Luis Obispoda 2 iyul tarixində başlayan “Madre” yanğını 32 min hektardan çox əraziyə yayılıb və onun 35 faizi nəzarət altına alınıb.



Riversayd bölgəsində 29 iyunda başlayan yanğın isə təxminən 1000 hektar sahədə davam edir. Bu yanğının 95 faizi nəzarət altına alınıb.



Digər tərəfdən, Riversayddan əlavə Siskiyou və Shasta bölgələrində təsirli olan “Green”, “Butler” və “Marble Complex” yanğınları ümumilikdə 674 hektarlıq əraziyə yayılıb. Bu yanğınlardan yalnız “Marble Complex” yanğınının 5 faizi nəzarət altına alınıb, digərləri isə hələ də davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu